Dünya
13.07.2015 / 09:57

Razılaşmanın aspektləri tamamlanır

Razılaşmanın aspektləri tamamlanır

İranın Atom Enerjisi Təşkilatının prezidenti Əli Əkbər Salehi belə bir bəyanatla çıxış edib.
İranın nüvə proqramına dair 6-lıq ölkələri ilə üzərində çalışdığı razılaşma sənədlərinin texniki aspektləri tamamlanıb.

İnform.az ANS PRESS-ə istinadən bildirir ki, İranın Atom Enerjisi Təşkilatının prezidenti Əli Əkbər Salehi belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, razılaşma artıq real görünür. Lakin bunun üçün tərəflər siyasi iradə göstərməli və məsələyə nöqtə qoymalıdırlar.

Razılaşmanın aspektləri tamamlanır
Fransanın xarici işlər naziri Loran Fabiüs

Fransanın xarici işlər naziri Loran Fabiüs “marafon”un sonuna gəldiklərinə ümid etdiyini bildirib: “Fransanın sərgilədiyi konstruktiv mövqe qısa müddət ərzində hər kəsi razı sala biləcək nəticələr doğuracaq. Artıq yolun sonundayıq”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd edib ki, danışıqlar artıq bu gün sona çatmalıdır.

Bununla belə, tərəflər arasında həll olunmamış məsələlər də qalmaqdadır.

Razılaşmanın aspektləri tamamlanır
İsrailin baş naziri Beyamin Netanyahu

İsrail hökuməti isə, 6-lıq ölkələrinin İrana qarşı güzəştli mövqe tutması ilə əlaqədar qəzəbini gizlətməyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, İran həmişəki kimi ciddi anti-Amerika və anti-İsrail bəyanatları səsləndirməkdə davam edir: “İran lideri Xamenei bildirib ki, razılaşma əldə olunacağı təqdirdə belə, onlar Amerikaya qarşı mübarizəni davam etdirməlidirlər. Prezident Həsən Ruhani Tehran küçələrində nifrət yürüşlərinə rəhbərlik edir. Bu yürüşlərdə Amerika və İsrail bayraqları yandırılır, minlərlə insan hər iki ölkəyə qarşı ölüm şüarları səsləndirirlər”.

Amerika hökuməti İran nüvə proqramı məhdudlaşdıracağı təqdirdə ona qarşı tədbiq olunan sanksiyaları ləğv etməyə hazır olduğunu deyib.

Baxış sayı: 417