İqtisadiyyat
08.02.2016 / 13:36

Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradıldı

Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradıldıAzərbaycan Prezidentinin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində DGK sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.

Bu barədə İnfom.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

“Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev başçılıq edir. Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib”,-deyə komitənin məlumatında bildirilib.

Baxış sayı: 355