Maqazin
05.02.2016 / 12:53

Məşhur jurnalist: "İlhamə Quliyevadan yazmayın"

Məşhur jurnalist: "İlhamə Quliyevadan yazmayın"Tanınmış telejurnalist Telli Pənahqızı Xalq artisti İlhamə Quliyeva ilə bağlı mətbuat nümayədələrinə səslənib.

O, həmkarlarını Xalq artistindən yazmamağa çağırıb.

İnform.az xəbər verir ki, T. Pənahqızı bu barədə öz “Facebook” səhifəsində yazıb.

“Ay hörmətli həmkarlarım!

Əziz jurnalistlər və jurnalistika ilə məşğul olan dostlar!

Sizdən acizanə xahişim və təcrübəli bir qələm sahibi kimi tələbim var: daha İlhamə xanım Quliyevadan yazmayın!

Daha sonra T. Pənahqızı “Mən günah deyəndə də bu qədər insanın əsəbini nəzərdə tuturam!” - deyə, yazıb.

Baxış sayı: 362