Sosial
03.02.2016 / 00:29

“Gənclər günü”ndə maraqlı hadisə baş verib- Göyçayda

“Gənclər günü”ndə maraqlı hadisə baş verib-İnform.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə Göyçay rayonunda 2 fevral-Gənclər günü ilə bağlı müxtəlif sahələrdə çalışan gənclərlə görüş keçirilib. Rayon rəhbərliyi və gənclər əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Şəhər restoranlarının birində keçirilən bayram mərasimində çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bütün gəncləri 2 fevral-Gənclər günü münasibətilə təbrik edib, onlara təhsildə, çalışdıqları sahələrdə uğurlar arzu edib. Rayon rəhbəri UlU Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Onun diqqət və qayğısı nəticəsində bu istiqamətdə ölkəmizdə xeyli işlər görülüb, xüsusi proqramlar qəbul edilib. Çıxışlarda qeyd olunub ki, 2 fevral-Gənclər günü bayramını gənclərə məhz ulu öndər Heydər Əliyev bəxş edib. Bu gün həmin siyasi kursu ölkə başçısı İlham Əliyev uğurla həyata keçirir. Ölkə başçısı gənclərin intellektli, savadlı, vətənpərvərlik ruhunda böyümələri üçün onlara daim diqqət və qayğı göstərir.
Daha sonra çıxış edən gənclər bildiriblər ki, onlara göstərilən diqqət və qayğı sağlam və savadlı gənc nəslin yetişməsinə xidmət edir. Tədbirdə qeyd olunub ki, son illər ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəallığı artıb. Rayonun fəal gəncləri çıxış edərək hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini qeyd edib, dahi şəxsiyyət Heydər Əliyevin əməllərini, ideyalarını yaşatmaq üçün bütün güc və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.
Tədbirdə Göyçay gənclərinin təhsil, idman, idarəetmə sahəsində əldə etdiyi uğurlardan da bəhs edilib. Musiqili-əyləncəli bayram tədbirində gənclər şeir və mahnılar ifa ediblər. İntelektual yarışlar və müxtəlif əyləncəli oyunlar keçirilib.Yerli müsiqiçilərin ifasında şən mahnılar səsləndilirib, rəsqqaslar öz bacarığını nümayiş etdirib. Təhsil və idman sahəsində uğurlar qazanan 10 nəfər gənc Göyçay rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif olunub.
“Gənclər günü”ndə ən diqqətçəkən və maraqlı məqamı isə yeni ailə quran iki gəncin nigah mərasiminin elə bayram tədbirində keçirilməsi olub.

İnform.az

Baxış sayı: 339