Gündəm, Dünya
13.07.2015 / 05:16

Türkiyədə terrorçularla polis arasında insident baş verib

Türkiyədə terrorçularla polis arasında insident baş verib

İnsident zamanı terrorçuların açdığı atəş nəticəsində polis əməkdaşlarından biri ayağından yaralanıb

İnform.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin Mardin vilayətində icazəsik aksiya keçirən PKK terrorçuları ilə polis arasında insident baş verib. PKK gənclər təşkilatının bir qrup üzvü “Əhməd Kaya” körpüsündə barrikadalar quraraq yolu bağlamağa çalışıblar. Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Polisin “dağılışın” xəbərdarlığına terrorçular “molotof kokteyli”, fişəng və kustar üsulla hazırlanmış partlayıcılarla cavab verib. Polis isə iznsiz aksiya keçirən qrupa təzyiqli su gözyaşardıcı qazla müdaxilə edib. Müdaxilə zamanı terrorçuların açdığı atəş nəticəsində polis əməkdaşlarından biri ayağından yaralanıb. Hadisə yerinə cəlb olunan təcili yardımla xəstəxanaya çatdırılan polisin həyatı üçün təhlükə olmadığı bildirilib.
Xatırladaq ki, dünən PKK-nın administrativ quruluşu “KCK” (“Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası”) terror təşkilatı ötən gün açıqlama yayaraq Türkiyəni hədələmişdi.

Baxış sayı: 332