İdman
16.06.2015 / 17:26

Almaniya oxatma yarışlarında birincidir

Almaniya oxatma yarışlarında birincidir

Bu gün Bakı-2015 Avropa Oyunlarında qadınların kamandan oxatma yarışlarında Almaniya idmançısı Liza Unruh 662 xalla fərdi reytinq mərhələsinin birincisi olub.

İnform.az-ın məlumatına görə, sonrakı yerlərdə danimarkalı Maya Yaqer (657 xal), italiyalı Natalia Valeeva (653), gürcüstanlı Xatuna Nərimanzadə (653), rusiyalı Kristina Timofeyeva (650), italiyalı Quendalina Sartori (648), rusiyalı İnna Stepanova (647), Nataliya Yerdniyeva (647), alman Karina Vinter (646) və ukraynalı Lidiya Sıçenikova (644) qərarlaşıblar.

Təmsilçilərimizdən Olqa Senyuk 627, Nurlana Vəliyeva 586, Yaylagül Ramazanova 582 xalla müvafiq olaraq 34, 60 və 61-ci yerləri tutublar.

Baxış sayı: 476