Baş xəbər, Siyasət
20.01.2016 / 10:21

Prezident 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Prezident 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edibAzərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib.

İnform.az xəbər verir ki, prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Azərbaycanın dövlət və hökumət üzvləri, diplomatik korpusun nümayəndələri, Azərbaycandakı dini icmaların rəhbərləri və deputatlar da Şəhidlər xiyabanını ziyarət ediblər.

Baxış sayı: 172