Sosial
19.01.2016 / 17:29

Ramil Usubov yeni polis rəisi təyin edib - Qazax

Ramil Usubov  yeni polis rəisi təyin edib - Qazax rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Bu barədə APA-nın qərb bürosuna Polis Şöbəsindən bildirilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Yevlax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Natiq Həsənov vəzifəsindən azad edilərək Qazax rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, şöbənin əvvəlki rəisi, polis polkovniki Zöhrab İsmayılov bir neçə gün öncə vəzifədən azad edilərək DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay Regional Şöbəsinə rəis təyin olunub.

İnform.az

Baxış sayı: 405