İdman
18.01.2016 / 16:32

Velosipedçimiz "Rio-2016"-ya lisenziya qazanıb

Velosipedçimiz "Rio-2016"-ya lisenziya qazanıbAzərbaycanın şosse velosipedi üzrə Elit yığması və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü Maksim Averin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İnform.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib.

Averin 4 illiyin zirvə yarışında qrup yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015-ci ildə "Synergy Baku"nun heyətində bir sıra yarışlarda çıxış edən Maksim Averin ümumilikdə 158 lisenziya xalı toplayıb ki, bu da Rio-2016-da qrup yarışlarında mübarizə aparacaq 142 velosipedçi sırasına düşmək üçün yetərli olub.

M.Averinin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib.

Baxış sayı: 338