Elm-təhsil
18.01.2016 / 14:44

ADAU-da 20 Yanvar faciəsinin anım mərasimi keçirilib

ADAU-nun mətbuat xidmətindən İnform.az-a daxil olan məlumatda bildirilir ki , universitetdə 20 yanvar faciəsinin anım mərasimi keçirilib.

Mərasimdə bu faciənin baş vermə səbəbləri, azadlıq və müstəqillik yollarında göstərilən qətiyyət və mübarizlik ruhu təhsil müəssisəsinin kollektivində geniş müzakirə edilib, şəhidlərin ruhuna hörmət və ehtiram göstərilib. ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov öz çıxışında , Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərə səbəb olduğunu vurğulayıb:
ADAU-da 20 Yanvar faciəsinin anım mərasimi keçirilib
“Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-nə gedən yol Qarabağdakı erməni təcavüzündən keçirdi və əslində bu işğalçı siyasətin tərkib hissəsi idi. Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər gördü, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçən erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etdi. O dövrdə xalqı meydanlara səsləyənlər qaçıb gizlənəndə xalqın ağır günündə imperiyanın heç bir güc mexanizmindən qorxmayan Ulu öndər Heydər Əliyev ailəsi ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və etiraz səsini yüksəltdi, bu ədalətsizliyi qətiyyətlə pislədi.”
ADAU-da 20 Yanvar faciəsinin anım mərasimi keçirilib
Digər çıxışçılar isə a yanvarın 20-də 131 insan öldürüldüyünü, onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olduğunu, 744 adam ağır xəsarət aldığını, 4 nəfərin isə itkin düşdüyünü qeyd etdilər. Hadisələr zamanı 400 nəfərin isə həbs edildiyi, Fövqəladə vəziyyət elan ediləndən sonra 21 nəfərin qətlə yetirildiyi, Fövqəladə vəziyyət elan edilməmişdən öncə rayonlarda-Neftçala və Lənkəranda 26 nəfərin qətlə yetirildiyi bir daha xatırlatdılar.
ADAU-da 20 Yanvar faciəsinin anım mərasimi keçirilib
Sonda universitetin tələbələrinin hazırladığı ədəbi kompozisiya nümayiş etdirilib.

İnform.az

Baxış sayı: 589