Qəriblikdə kimimiz var?, Baş xəbər
18.01.2016 / 12:56

Diaspora və vətənpərvərlik - II- Foto

Dünən İnform.az saytının “Qəriblikdə kimimiz var” layihəsi çərçivəsində “Diaspora və vətənpərvərlik” mövzusunda Demokratik Azərbaycan Dünyası Partiyasında (DADP) Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalın vilayəti regional bölməsinin sədri, qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçısı, Ümumrusiya Xalqlar Assambleyasının və veteranlar şürasının üzvü Nazir Hətəmovla görüş keçirilib.

Öncə DADP sədri Əlisahib Hüseynov və qonaqların iştirakı ilə iştirakı ilə dəyirmi masa arxasında Azərbaycan diasporasıyla bağlı marağlı disskussiya olub.
Diaspora və vətənpərvərlik - II-
Azərbaycanın himni ilə başlanan tədbiri layihənin ideya müəllifi və rəhbəri Xalidə Xalid açaraq bu görüşün “Diaspora və vətənpərvərlik” mövzusunda keçirilməsinin əhəmiyyyətindən danışıb.
X.Xalid Azərbaycandan kənarda yaşayan soydaşlarımızın vətəndən kənarda dövlətçiliyimiz, ölkəmizin əbədi müstəqilliyi, digər xalqlarla dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində apardıqları məqsədyönlü işlərin mütəmadi milli mətbuatımızda işıqlandırılmasının, xaricdə yaşayan həmvətənlərimizlə sıx əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
Tədbirdə DADP-nin Gənclər təşkilatının fəalları, partiya icra aparatının məsul şəxsləri, eləcə də ehtiyatda olan zabitlər iştirak ediblər.
Diaspora və vətənpərvərlik - II-
Ehtiyatda olan zabit, Rüfət Manafov öz çıxışında gənclərin vətənpərvərlik ruhunun formalaşmasında, onlarda hərbi vətənpərvərlik hisslərinin daha da gücləndirilməsində belə görüşlərin olduqca əhəmiyyətli olduğunu deyib.
Diaspora və vətənpərvərlik - II-
Söz qonağa-Nazir Hətəmova verilib.

Qonaq öncə özü haqqında qısa məlumat verib. Sonra isə rəhbəri olduğu Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalın vilayəti regional bölməsinin apardığı işlərdən ətraflı danışıb.

N.Hətəmov “ Bu gün necə ki, sizlər vətəndə dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, Azərbaycanı sevməyən qara qüvvələrə qarşı mübarizə aparırsınız, eləcə də bizlər-vətəndən kənarda hər an Azərbaycanı düşünür, atdığımız hər bir addımın Azərbaycanımızın yaşadığımız ölkələrdə daha qüdrətli, daha güclü ölkə kimi tanınmasına xidmət etməsinə səy edirik.
Biz diaspora təşkilatı olaraq, fəaliyyətimizin bütün istiqamətlərində yalnız bir mərama, bir məqsədə qulluq edirik-Azərbaycançılıq ideyasına.
Bəli, çox çətin bir vəzifə olsa da, olduqca şərəfli bir vəzifədir-Vətəndən kənarda vətənlə nəfəs almaq, vətənlə yaşamaq, vətənin başını daha da ucalara qaldırmaq. Belə gözəl hansı iş ola bilər?
Diaspora və vətənpərvərlik - II-
Biz qədim tariximizi, milli mədəniyyətimizi, milli mətbəximizi oralarda yaşayan xalqlara təqdim edəndə, necə maraqla qarşıladıqlarının şahidi oluruq. Bilirsiniz biz əgər özümüzə dəyər versək, başqaları da mütləq bizə dəyər verəcəklər. Biz Diasporla iş üzrə Dövlət Komitəsi ilə də daha sıx işləməyi nəzərdə tutmuşuq. Azərbaycandakı əlaqədar qurumların bizlərə qarşı daha da diqqətli olmaları bizim daha da həvəslə çalışmağımıza böyük təkandır”-deyə vurğulayıb.

Sonra isə tədbir iştitakçılarının diasporayla bağlı suallarını qonaq əhatəli cavablandırıb.
Söz DADP-nin sədri Əlisahib Hüseynova verilib. O da öz çıxışında diaspor təşkilatları ilə əlaqələrin qurulmasının önəmli olduğundan, Vətəndən uzaqda yaşayan soydaşlarımıza hər zaman dəstək olmağın vacibliyindən danışıb.
Diaspora və vətənpərvərlik - II-
Sonda Xalidə Xalid bu layihəni bundan sonra da davam etdirəcəklərindən, Azərbaycan gəncliyində diaspora təşkilatlarımızla sıx əlaqələrinin yaradılmasına olan marağın artırılması, onların bu sahəylə bağlı dolğun məlumatlandırılması istiqamətində daha geniş işlər aparacaqlarını , eləcə də bir media qurumu olaraq Diasporla iş üzrə Dövlət Komitəsinin və xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarımızın fəaliyyətlərinin İnform.az saytında mütəmadi işıqlandıracaqlarını bildirib.

Diaspora və vətənpərvərlik - II-


İnform.az

Baxış sayı: 1584