Hadisə
16.01.2016 / 14:23

Jurnalist yıxılaraq dünyasını dəyişib - BAKIDA

Jurnalist yıxılaraq dünyasını dəyişib -Bakıda küçədə qəfildən huşunu itirərək yıxılıb dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

İnform.az REPORT-a istinadən xəbər verir ki, küçədə dünyasını dəyişən şəxs, jurnalist, "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayevdi. Altmış yaşlı S.Mustafayev Cəlilabad rayonunda doğulub.

Hadisə yerinə "Respublika" qəzetinin redaktoru da gəlib.

Mərhumun meyiti morqa aparılıb.

Allah rəhmət eləsin!

Baxış sayı: 526