Gündəm, Hərbi
16.06.2015 / 17:22

Əsgəri qoruyan rəng

Əsgəri qoruyan rəng

Napoleonun apardığı müharibələrə qədər əsgər formaları çox rəngli və gözəgəlimli olub. Ancaq savaş texnologiyaları inkişaf etdikcə bunun təhlükələri meydana çıxmağa başladı. Belə ki, qılınc və qalxan dönəmində görünüşlü formalar düşmən tərəfdə psixoloji basqı yaradırdısa, ancaq odlu silahlar dönəmində parlaq və rəngli geyimlər döyüşcünü uzaqdan hədəfə çevirirdi. Bu gün əskərlər döyüşə gedərkən sadə geyinir və yalnız gərəkli təchizatı aparırlar.

Uniformada yaşılın torpağa çalan rənginin istifadəsi isə ilk dəfə ingilislər tərəfindən1850-ci illərdə Hindistanda istifadə edilməyə başlayıb. Britaniya ordusunda Hary Lumsden ingilis əskərlərinin ağ rəngli formalarda rahat şəkildə hədəf olduğunu gördükdə, formaların üzərinə toz və palçıq sürtərək, bir az da çay ilə boyayaraq rəngləri kölgəli qəhvə rənginə çevirərək, geyimlərin rəngini əraziyə uyğunlaşdırmağa çalışıb. Torpaq rənginə bənzəyən bu uniformalara hindcə "Khaki", yəni torpağın rəngi adı verilmişdir (Türkiyə türkcəsinə bu "haki" olaraq keçmişdir).

Haki 20-ci əsrin əvvəllərində günün tələblərinə uyğun olaraq dəyişdirildi. Bu model isə Amerika xüsusi qüvvələri tərəfindən təhlükəli tapşırıqlarda istifadə olunmağa başladı. I Dünya müharibəsində istifadə olunan belə rəngli parçalar çox sərt olduğundan əsgərlərin hərəkət qabiliyyətini məhdudlaşdırır və islandıqca daralırdı. 1932-ci ildə pambıqdan hazırlanan "cramerton" ordu geyimlərinin istifadə möhkəmliyi və içində rahat hərəkət edilməsi baxımından II Dünya müharibəsində ordunun istifadə etdiyi ən ehtiyac duyulan geyim oldu.

Zaman keçdikcə tələblər dəyişməyə başladı. Bu baxımdan, getdikcə əsgərlərin düşmənlər tərəfindən görünməyəcək qədər uyğun, amma eyni zamanda yoldaşları tərəfindən bir-birini vurmaması üçün ümumi geyim formalarının parça və modelini yaratmaq lazım idi. Əslində ilk kamfulyaj əsgərlər tərəfindən yox, heyvanların onların fərqinə varmamaları üçün ovçular tərəfindən düşünülmüşdü. Bu cur uyğunlaşdırılmış modelləri yarada bilmək üçün ingilis və fransız orduları birlikdə çalışmışlar. Hətta Picassonun yeni ordu geyimlərini gördükdə "bunlar mənim modellərim"dir deyə qışqırdığı rəvayət edilir.

Təqdim etdi: Fidan Məmmədli /İnform.az

Baxış sayı: 808