Gündəm
14.01.2016 / 14:09

Həlak olanlar arasında BMT əməkdaşı da var - Cakarta

Həlak olanlar arasında BMT əməkdaşı da var - Yanvarın 14-də İndoneziyanın paytaxtı Cakarta şəhərində baş verən partlayışlar seriyası və hücumlar nəticəsində, son məlumata görə, 7 nəfər həlak olub. Onların arasında Niderland vətəndaşı olan BMT əməkdaşı da var. Həlak olanların ikisi dinc sakindir.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli polis Cakartanın mərkəzində baş verən hücumların yeddi yaraqlı tərəfindən həyata keçirildiyini bildirib. Milli polis xidməti rəisinin müavini Budi Qunavananın məlumatına əsasən, insident nəticəsində yaraqlılardan 4-ü öldürülüb.

İndoneziya paytaxtının mərkəzində təhlükəsizlik üzrə vəziyyətin nəzarət altına alındığı bildirilir. Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

İnform.az

Baxış sayı: 247