Mədəniyyət
13.01.2016 / 17:27

Nizami Gəncəvinin abidəsi ucaldılacaq - Lyublyana

Nizami Gəncəvinin abidəsi ucaldılacaqSloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi parklarından birində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq. Bu haqda İnform.az AZƏRTAC-a istinadən xəbər verir.

Lyublyana şəhər bələdiyyəsindən Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyana ofisinə daxil olan məktubda qeyd edilir ki, şəhər bələdiyyəsinin müvafiq komissiyası Şimali Şəhər Parkının yeni salınacaq hissəsində abidənin ucaldılması barədə qərar qəbul edib.

Nizami Gəncəvinin memorial abidəsinin yanında dahi şairin ədəbi əsərlərinin nümayiş olunacağı elektron lövhənin quraşdırılması da nəzərdə tutulub. Yaxın aylarda açılışı gözlənilən abidənin müəllifi Ukraynanın xalq rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.

İnform.az

Baxış sayı: 319