İdman
16.06.2015 / 17:13

Avropa Oyunlarının bağlanışına bilet satışı yekunlaşdı

Avropa Oyunlarının bağlanışına bilet satışı yekunlaşdı

Bakı-2015-in bağlanış mərasiminə bilet satışı başa çatıb.

İnform.az-ın Avropa Oyunlarının Təşkilat Komitəsinin saytına istinadən məlumatına görə, iyunun 28-də keçiriləcək mərasim üçün nəzərdə tutulan 48 000 biletin hamısı artıq satılıb.

Məlumatda bildirilir ki, iyunun 12-də keçirilən möhtəşəm açılış mərasimindən sonra Avropa idmançıları diqqət mərkəzində olublar. Bu səbəbdən biletlərə tələb o qədər artıb ki, ümumilikdə, “Bakı-2015”-in 20 idman növü üzrə yarışlarının 281 sessiyasından 168-in biletləri artıq satılıb.

Baxış sayı: 764