Rəsmi, Baş xəbər
11.01.2016 / 15:01

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” olacaq - SƏRƏNCAM

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” olacaq -Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

İnform.az xəbər verir ki, Nazirlər Kabinetinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

İnform.az

Baxış sayı: 669