İdman
11.07.2015 / 17:24

Velosipedçimiz üçüncü oldu

Velosipedçimiz üçüncü oldu

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Azərbaycan Velosiped İdmanı Federasiyasından İnform.az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Yarışın ən ağır dağ mərhələlərindən biri kimi xarakterizə olunan 190 km-lik 7-ci gündə komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb. O, finişi mərhələ qalibi, İtaliyanın "Lampre-Merida" Dünya Turu komandasının üzvü İlya Koşevoydan 55 saniyə sonra keçməklə 3-cü yeri tutub. Bu isə velosipedçimizə ümumi təsnifatda 9-cu yeri qorumağa imkan yaradıb. Hazırda Matey Müqerli liderə 3 dəqiqə, 36 saniyə uduzur.

Baxış sayı: 332