Gündəm, Sosial
08.01.2016 / 12:06

"Türkiyənin Azərbaycan vətəndaşlarından viza tələb edəcəyi barədə xəbərlər doğru deyil" - SƏFİRLİK

"Türkiyənin Azərbaycan vətəndaşlarından viza tələb edəcəyi barədə xəbərlər doğru deyil" -“Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

İnform.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Türkiyə ilə Azərbaycan arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur: “2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir”.

Xatırladaq ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.

İnform.az

Baxış sayı: 325