İdman
07.01.2016 / 14:14

Messi atdığı qolu Arda Turana sarılaraq qeyd edib

Messi atdığı qolu Arda Turana sarılaraq qeyd edibArda Turanlı “Barselona” “Espanyol”u 4-1 məğlub edib. Bu haqda İnform.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Kral Kubokunun son 16 turuna qalan “Barselona” dünən axşam öz evi Nou Kampta qonaq etdiyi “Espanyol”u 4-1 hesabı ilə məğlub edib.
Matçda ilk qol 9-ci dəqiqədə “Espanyol”dan Felipe Caicedodan gəlib. Messi 13-cü dəqiqədə qələbə gətirərkən 44-cü dəqiqədə komandası “Barselona”nı önə çıxarıb. “Barselona”nın digər qolları 49-cu dəqiqədə Piquedən, 88-ci dəqiqədə Neymardan gəlib.
“Espanyol” klubundan Hernan Perez və Pepe Diop qırmızı kart alıblar.
Messi, atdığı qolu Arda Turana sarılaraq qeyd edib. Arda Turan, 68 dəqiqə oyunda qalıb, oyunun ikinci yarısında yerini Rakiticə buraxıb.
İlk 11-likdə 7 nömrəli formasıyla sahəyə çıxan Arda Turan, Rüştü Rəncbərdən sonra “Barselona” formasını geyinən ikinci türk vətəndaşı oldu.
“Barselona” texniki direktoru Luis Enrique, ilk dəfə forma şansı alan Arda Turan və Sevilladan transfer edilən Aleks Vidalı tərifləyib.
“Barselona” komandası rəsmi Twitter hesabıdan Arda Turan üçün tweetlər atıb. Matçdan əvvəl atılan tweetdə: “Bayrampaşadan Barselonaya. Arda Turan ağlasığmazı həyata keçirir. İlham alın" deyilib.

Baxış sayı: 338