Texnologiya
06.01.2016 / 17:42

Selfie-ni sevənlər üçün yeni cihaz yaradıldı

Selfie-ni sevənlər üçün yeni cihaz yaradıldı

Las-Veqasda baş tutan və dünyanın hər yerindən texnologiya həvəskarlarını, yazarlarını və markaları bir yerə toplayan CES 2016 sərgisi davam edir.

Artıq bir çox insanın həyatının ayrılmaz hissəsi olan selfie cihazı CES 2016-da yeni bir cihazın təqdim edilməsi ilə daha da inkişaf etdirilib.

"Pic" adlı cihaz "selfie çəkmədən yaşaya bilmərəm” deyən insanlar üçün istehsal olunub.

Adı ilə yanaşı, sevimli görünüşə sahib olan Pic hər vəziyyətdə selfie çəkmə imkanı məqsədilə istehsal edilib. Buna görə də olduqca yığcam formada hazırlanıb.

Selfie ilə yanaşı, video çəkəbilən bu cihaz 1080p HD görüntü gücündə şəkillər də çəkir.

Selfie-ni sevənlər üçün yeni cihaz yaradıldı


Pic-i istehsal edən şirkətinin məlumatına görə, Pic 1 saatlıq video çəkir.

Elastik quruluşu sayəsində Pic-i biləyinizdə, velosipedinizdə də istifadə edə bilərsiniz.

İnform.az

Baxış sayı: 356