İdman
06.01.2016 / 14:13

Arda Turan Barselonada ilk rəsmi matçına çıxır

Arda Turan Barselonada ilk rəsmi matçına çıxırBarselona Beynəlxalq Futbol Federasiyaları İttifaqından (FİFA) aldığı cəza səbəbindən komandaya mövsümün əvvəlində transfer edilmiş olmasına baxmayaraq hələ rəsmi oyuna çıxmayan Arda Turan bu gün "Espanyol" qarşısında forma geyinəcək.
Kral Kubokunun son 16 turuna qalan Barselona bu axşam öz evi Nou-Kampta "Espanyol"u qonaq edəcək.
İnform.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə, Ardanın ilk 11-likdə yer alacağı bildirilir.
"Barselona" və "Espanyol" həftəsonu La Liqa matçında qarşı-qarşıya gəlib və matç qolsuz heç-heçə ilə nəticələnib.
Mövsümün əvvəlində "Atletiko Madrid"dən transfer olunan Ardayla bərabər, 2015-2016 mövsümü başlamazdan əvvəl Sevilladan alınan Aleix Vidalın da "Espanyol" qarşısında oynaması gözlənilir.

Barselonanın texniki direktoru Luis Enriki, “Hər iki oyunçu da dözümlülüyünə görə təltif olunacaq və Arda ilə Vidal bu gün meydançada vəzifə alacaqlar” – deyə bildirib.
Luis Enrique matçdan əvvəl keçirdiyi mətbuat konfransında da “Əlimizdəki məşq göstəriciləri, ikisinin də 90 dəqiqə oynaya biləcəklərini göstərir. Arda və Aleix yaxşı vəziyyətdədirlər. İkisi də çox xoşbəxtdir. İkisi də çox xoşbəxt. Nə qədər müddət alacaqlarını bilmirəm, amma sabah ikisi də oynayacaq" - deyib.

Baxış sayı: 223