Qarabağ
06.01.2016 / 14:04

Əcnəbi biznesmenlər Qarabağa investisiya yatırıb

Əcnəbi biznesmenlər Qarabağa investisiya yatırıbAzərbaycanın işğal atındakı torpaqlarına əcnəbi biznesmenlər investisiya yatırır. İnform.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin “iqtisadiyyat naziri” Andranik Xaçatryan məlumat verib.

Onun sözlərinə görə, Qarabağdakı 160-dan artıq şirkətdə əcnəbilərin investisiya payı var. O, həmin investorların böyük əksəriyyətinin Rusiya, Argentina, İsveçrə, Fransa, Kanada və ABŞ vətəndaşı olan diaspor ermənilərindən ibarət olduğunu bildirib.

İnform.az

Baxış sayı: 315