İqtisadiyyat, Sosial, Şərhlər
06.01.2016 / 11:30

Yeni işə dəvət olunanlar diqqətli olsunlar!

Yeni işə dəvət olunanlar diqqətli olsunlar!
Arzu Qafarlı/iqtisadçı-ekspert


“Adətən hər hansı bir ciddi şirkət, vətəndaşa iş üçün zəng etdiyində, ilkin olaraq şirkətin adını və özünü təqdim edir. Daha sonra digər məlumatları bildirir.”
“Ən əsası da əmək müqaviləsi olmayan işlərə heç üz tutmayın. Öz hüquqlarınızı bilin və haqqınızı tələb edin.”

Böhran zamanı, bazarda bir çox kiçik şirkətlər rəqabətə tab gətirmədiyinə görə öz fəaliyyətlərini dəyandırır və yaxud işçilərini ixtisar edirlər. Bu səbəbdən yüzlərlə vətəndaş işsiz qalır və bazarda iş axtarışına çıxırlar.

Bu vəziyyətdən istifadə edən bəzi dırnaq arası şəbəkə marketinqi quran şirkətlər dərhal bazardakı elan və reklam güclərini qüvvətləndirərək bu kimi insanları bacardıqları qədər özlərinə cəlb edirlər.

İşsiz qalan vətəndaşlar isə bu kimi iş elanlarını görərək sevincək həmin ünvana yollanırlar.

Bu işdə aldanıb tora düşənlərdə olur, fikirləşərəm deyənlərdə, elə yerindəcə “sizin təklif etdiyiniz iş məni qane etmədi” deyib geri dönənlər də.
Bu kimi elanlar əsasən (şəhərin bir çox yerlərində kiçik kağız parçalarından hazırlanaraq divarlara yapışdırılır, iş elanları saytlarında, qəzetlərdə) tez-tez rast gəlirik. Dünən binamızda bütün qapılara bu elanların kütləvi şəkildə yapışdırılması bir daha bu məsələyə qayıtmağıma məni vadar elədi.

Səbəb; istəmədim yeni-yeni insanlar bu kimi tələyə düşsünlər. Öncəki illərə nəzər yetirdiyimizdə bu kimi şirkətlərin ucbatından, çox sayda insanların aldandığını gördük.
Bu şəbəkə marketinqi ilə məşğul olan şirkətləri, çox sayda insan tanıyır. Onları bu işə dəvət etsələr belə onlar aldanmadan, çəkinmədən yox sözünü deyirlər.
Bu şirkətlərlə bağlı məlumatı olmayanlar üçün, həmin şirkətlərin fəaliyyəti ilə bağlı bildiyim, eşitdiyim məlumatları qısa olaraq qeyd edəcəm. Buyurun yaxından tanış olun:

I. Nədir şəbəkə marketinqi ?
II. Kimlər bu işlə məşğuldur?
III. Kimlər və necə, hansı formada aldanır?


Şəbəkə marketinqi əslində bütün dünyada tətbiq edilir. Bu işlərində heç bir qadağası yoxdur. Necə deyərlər amma qaydasında.
İnsanları aldatmamaq şərtilə, onların cibinə girməmək, soymamaq şərtilə.

Bizdə isə çox təəsüflər olsun ki, bir neçə şirkət bu şəbəkə marketinqdən insanları aldatmaq və onların pullarını aldadıcı yollarla əldə etmək üçün fəaliyyət göstərirlər.
Adətən hər hansı bir ciddi şirkət, vətəndaşa iş üçün zəng etdiyində, ilkin olaraq şirkətin adını və özünü təqdim edir. Daha sonra digər məlumatları bildirir.
Bu kimi qeyri-ciddi şirkətlərdən isə işlə bağlı zəng edərkən, məlumat verən şəxs öz adını desədə, şirkətin adını və vətəndaşın hansı işlədə məşğul olacağını demir. Sadəcə ünvanı deyərək insanları ofisə dəvət edirlər.

İnsanlar ofisə gəldiyində ilkin olaraq ondan şəxsiyyət vəsiqəsi tələb olunur. Ofisdə olan həmin şəxs, yeni gələn şəxsə məhsullara müəyyən qədər pul qoysa, digər insanları da bu işə cəlb eləsə onun aylıq gəliri yüksək olduğunu bildirirlər. Bu kimi şirin dilə aldanan şəxslər deyilənlərlə gedir və şəbəkə torunun bir üzvü olur.
Ən əsasıda ortada heç bir qazanc yox. Pul, vaxt gedib, amma istəklər, deyilənlər özünü doğrultmadı.

Bu kimi hallarla aldanan insanların sayı hesabı yoxdur. Internetdə “şəbəkə qurbanları” yazsanız bununla bağlı çoxlu sayda məlumat əldə edə bilərsiniz.
Mən isə bunu qısa formada yazdım. Yazmaqda da məqsədim budur ki, bu işlərdən xəbərdarsız olan vətəndaşlarımız, bu oyunların qurbanları olmasınlar.
Sizə hər hansı bir iş təklif olunarsa, zəng edən şəxsdən şirkətin adını, şirkətin nə satdığını və mümkün qədər şirkət haqqında internetdən məlumat alın.
Əlavə olaraq onuda qeyd edim ki, heç bir işə götürən sizdən işə götürərkən, şirkətə üzv edərkən pul almamalıdır.

Əksinə sizin gördüyünüz işin qarşısında sizə əmək haqqı verməlidir.
Ən əsasıda əmək müqaviləsi olmayan işlərə heç üz tutmayın. Öz hüquqlarınızı bilin və haqqınızı tələb edin.

İnform.az

Baxış sayı: 1154