Sosial
16.06.2015 / 16:50

Qanın milliyyəti yoxdur

Qanın milliyyəti yoxdur

Rusiya Azərbaycanlı Gənclər Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.

İnform.az-ın APA-ya istinadən məlumatına görə, beynəlxalq qan donorları gününə həsr olunan aksiya Rusiya Federasiyasının ən böyük qanköçürmə mərkəzi olan Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən həyata keçirilən builki aksiyada azərbaycanlı tələbələrlə yanaşı, ümumilikdə Moskvanın ali məktəblərinin Azərbaycan, Çin, Malayziya, Özbəkistan, Gürcüstan və Yunanıstandan olan 100-ə yaxın nümayəndəsi iştirak edib.

Baxış sayı: 629