BİZ, Baş xəbər
06.01.2016 / 11:17

"İlin sonuna bicıqqan qalmışdı ki...”

"İlin sonuna bicıqqan qalmışdı ki...”Ay sizi xoş gördüm, ay sizi belə beş gördüm ürəyim qurvan!
İki aydı düşmüşəm bu məmləkəti gəz ha gəz, gəz ha gəz. Yeriniz məlum, pis keçinmədim. Hara getdimsə, qavağında öldüyüm soydaşlarım maa elə söhbətlər elədilər ki, vallahi-billahi gözlərim dördmü deyim, qavağında ölüm yoxsa onmu deyim, belə nətərnə deyim axı, yəni gözlərim maraqdan bərələ qalırdı dayna.
Hı, beləjə gəzif, gəzif yoruldum. Dedim bıy ağrın alem, mənim axı Bakıda gedejey yerim var. Orda məndən xavar gözləyirlər.
Hı, deməli məsələ belədi ürəyim qurvan, keçen ildən sevindiriji bir şeylər alındıra bilmədim. Elə hara getdim vay-şivən, hara getdim kredit davası, borc filan. Hələ ilin sonuna lap bicıqqan qalmışdı ki, bu andıra qalmış devolvusyadı devalvasyadı nədir o gəldi.
Gəldi özü də nə gəldi. Millətin ürəyini ovjunun içinə qoyuf gəldi. Beləmi dərd olar a başınıza dönüm, ay qavağınızda ölüm. Bu yetim yesirin günahı nəydi ki, siz yekə-yekə adamlar bir dənə “Vasya”yla bajara bilmədiniz?
Olmazdımı bu zalımı elə “Krasnı most”dan geri qaytaraydınız?
Olmazdımı elə onun burnunu elə tamojnıdayca ovaydınız. Olmadı ki, ölüm qavağınızda.
Dekavrın 31-də elə-beləyeee, mırta Bakının marketlərinə baş vurmağa qərar verdim. Özümə gülməyim də tutdu vallah. Öz-özümə dedim “ay, Solaxay, ay yurdun batmasın civində siçanlar oynayır hara gedersən?”
Sonra özümü pıçıltıyla sakitləşdirdim. Dedim ki, “ A bədvaxt, məgər sən bayram bazarlığımı lazimdi ki, əl qatıfsan özünə. Sən sadəcə, iş başındasan. Dayanma “ deyif düzəldim yola.
İlk girdiyim marketdə (adını yazmıyajam deyirlər tənqidin özü də reklamdı) donuf qaldım. Bıy, ayaxlarım qırılaydı başınıza dönüm, kaş girməz oleydim.
Millət nə millət. İynə atsan yerə düşməz. 90 faizin əlində də kerdit kartları... Elə də forsla dayanıflar ki, kassaların qavağında. Gülməyim tutdu. Bi istədim sataşam, deyəm ki, “ a yurdu batmamışlar, eləmi məjbursuz kerditlə stol bəzəyəsiz? Kerditlə şampan partladasız?”
Yenə düşündüm ki, Allah şeytana lənət eləsin. Davam edim görüm day nə görəjəm?
Deməli, eləjə üz almaq istəyirdim qənfet, picenni şöbəsinə ki, Allah, Allah ondaydı kassalardan birinin qarşısından yüksək səs qopdu , dedim ha, gəlif çatdıq, yüz faiz kiminsə qəşlokun apardılar. Kerdit kartı da içində..
Hövləngah üz aldım o tərəfə ki, görüm nə oluf dayna...
Beləjənə gəlif kassaya yaxınlaşmışdım ki, gördüm bir xanım kassada ki, qızı boğmağa hazırdı.
“Allahdan qorxun, dininiz imanınız olsun. Məhsulun üstünə bir qiymət yazırsınız, ödənişdə başqa qiymət vurursunuz kassaya. Hələ bu azmış kimi, qiymətlər də ki...”
Kassadakı qız nə deyəjeyini bilmirdi. Cavabdeh olan cavan bir oğlan qadına yaxınlaşıb, “ xanım anlaşılmazlıq olub, üzürlü sayın” deyə onu sakitləşdirməyə başladı.
Ürəyim qurvan, dayanammadım, bu ikili rol oynayan məkanda. Marketdən məyus-məyus çıxdım. Amma, çıxmadan öncə bir geriyə çevrilib, kassaların önündə cərgəylə düzülən həmvətənlərimə nəzər saldım.
Ürəyim sanjdı, vallahı. Bilirsınizmi niyə?
Düşündüm, “ey kerdit hesabına bayram keçirən bacı-qardaşlarım! Bu gejə yeyif-içif şellənəjeysiz, amma banklar sizin bu sevincinizi burnunuzdan tökejeyi gün varee qavaxta...
Bir yandan baxanda da bank evi yıxılmamış zorlamı sizə bayram bazarlığı etdirir?!
Alırsız, yeyif içirsiz, sonra da başlayırsız ki, ay aman ölerəm, maa kömək. Kerditi götürər ehtiyacı olan, iş quran, ev alan, uşaq oxudan. Day əyin başı, qarına yeməyi də kerditlə almazlar ki, başınıza dönüm.
Ayılın dayna, nə zaman ayılajaxsınız? Gəlirinizlə çıxarınızı nə zaman bilejeysiniz?”
Eh, der ki, “çax-çax baş ağrıdar, dəyirman öz bildiyin eylər”.
İndi mən bədvaxt ha düşünüm, ha deyim. Guya eşidən olajaxmı?
Eşitmək istəyənlər də qonum-qonşusundan geri qalmamax üçün eşitməjəklər. Ha, daha heç nə deyəsi döyiləm, ölüm qavağınızda. Onsuz da başlı başın saxlasın dünyasındayıx. Kim nə edirsə özünə edir, sen gedif kerditə girejeysən, mənim ne ölümümə qalıf sənin dərdini çəkem? Can sənin, cəhənnəm Tanrının.
Sonra demədi deməyin haaaa....

Solaxay qağa/İnform.az

Baxış sayı: 881