İdman
16.06.2015 / 16:40

Avropa Oyunlarında daha bir gümüş medal

Avropa Oyunlarında daha bir gümüş medal

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

İnform.az-ın məlumatına görə, Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.

Baxış sayı: 542