Sosial
30.12.2015 / 09:45

Kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir - GƏNCƏ

Kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir - Bu gün Gəncədə “Kənd təsərrüfatı məhsulları yarmarkası” keçiriləcək. İnform.az Modern.az-a istinadən xəbər verir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə 3 mindən çox aztəminatlı ailələrə, şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri, eləcə də digər imtiyazlı ailələrə bayram sovqatı paylanılacaq.

Eyni zamanda bayram münasibətilə şəhərdə kənd təsərrüfatı məhsulları yarmarkası təşkil olunacaq. Bayram süfrəsi üçün lazım olan müxtəlif çeşiddə ərzaq məhsulları- meyvə, şirniyyat, ət – süd məhsulları bazar qiymətlərinə nisbətən 30-35 faiz ucuz satlılacaq.

Baxış sayı: 393