Sosial
29.12.2015 / 18:00

Körpələr evi-uşaq bağçasında Yeni il şənliyi keçirilib

Körpələr evi-uşaq bağçasında Yeni il şənliyi keçirilibBalakən şəhər R.Səmədov adına 2 saylı və Gərəkli kənd körpələr evi-uşaq bağçasında “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə bayram şənliyi keçirilib.
İnform.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya uğrunda birləşdirib. Əminliklə demək olar ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin olmaları ilə qürur duyur və sahibi olduqları ölkəninin inkişafı üçün bütün addımları atır. Bunun nəticəsində də Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik edən İslam Rzayev onlara can sağlığı, sevinc və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulayıb.
Daha sonra uşaqların ifasında söylənilən Yeni İlə həsr olunmuş şerlər, mahnılar, eləcə də nümayiş etdirilən mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri maraqla izlənilib.
Tədbirdə şaxta babanın və qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və uşaqlarla rəqs etməsi onların daha da sevincinə səbəb olub.

Baxış sayı: 485