Dünya
26.12.2015 / 15:50

Türkiyə təyyarəsi məcburi eniş etdi - Rusiyada

Türkiyə təyyarəsi  məcburi eniş etdiTürkiyə aviaşirkətinə məxsus təyyarə Rusiyanın İrkutsk şəhərinin hava limanında məcburi eniş edib.

İnform.az virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı aeroportdan veriblər:

“İstanbul-Bişkək-Ulan Bator marşrutu ilə uçan təyyarə pis hava şəraitinə görə Ulan-Batorda qəbul edilmədiyindən İrkutskda məcburi eniş edib”.

Qeyd edək ki, əvvəlcə yayılan məlumatda içərisində 150 sərnişin olan və THY342 reysi ilə uçan “Boeing"in texniki nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilmişdi.

Baxış sayı: 338