Baş xəbər, Hərbi
24.12.2015 / 11:00

Generalın 80 illik yubileyinə prezidentin hədiyyəsi

İnform. az bildirir ki, Xəmsə restoranında Respublika Veteranlar Şurasının sədri, e.o.general-mayor Dadaş Rzayevin 80 illik yubileyi münasibətilə mərasim keçirilib.

Mərasimi giriş sözü ilə əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani açaraq yubilyar haqqında qısa məlumat verib. O, qeyd edib ki, generala yubiley münasibətilə ən gözəl hədiyyə ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilib. Belə ki, perzidentin sərəncamı ilə Dadaş Rzayev “Şöhrət” ordeni ilə təltif olunub.
Generalın 80 illik yubileyinə prezidentin hədiyyəsi

Prezident İlham Əliyevin təbrikini və sərəncamını təqdim etmək üçün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova söz verilib. Ə.Həsənov Prezidentin sərəncamını oxuyub və “Şöhrət” ordenini general Dadaş Rzayevə təqdim edərək ürək sözlərini, təbrikini çatdırıb.

Tədbirdə Müdafiə Nazirliyinin, dövlət və özəl qurumların nümayəndələri, eləcə də Ukrayna və Gürcüstandan gəlmiş qonaqlar çıxış edərək generala ürək sözlərini söyləyib, müxtəlif hədiyyələr və Fəxri fərmanlar təqdim ediblər.
Generalın 80 illik yubileyinə prezidentin hədiyyəsi Generalın 80 illik yubileyinə prezidentin hədiyyəsi

Mərasimdə incəsənət nümayəndələri maraqlı proqramla çıxış ediblər.

İnform.az

Baxış sayı: 476