Texnologiya
24.12.2015 / 13:44

Bu proqram vasitəsilə Wi-Fi şəbəkənizə nəzarət edəcəksiniz

Bu proqram vasitəsilə Wi-Fi şəbəkənizə nəzarət edəcəksiniz

iOS və Android əməliyyat sistemləri üçün hazırlanan yeni proqram Wi-Fi şəbəkəsinə qoşulan cihazlar haqqında bütün məlumatları göstərir.

Fing adlı proqram sayəsində şəbəkəyə qoşulmuş cihazların MAC adreslərinə qədər bütün məlumatları göstərmək imkanına malikdir.

Əgər şəbəkənizdən tanımadığınız cihaz istifadə edirsə, mütləq MAC adresini qeyd edib, adresdən istifadə edərək cihazın şəbəkəyə qoşulmasının qarşısını ala bilərsiniz.

Proqram bloklama əməliyyatını yerinə yetirməsə də, cihazların MAC adreslerini göstərmək imkanına malikdir.

MAC adresdən istifadə edərək brauzer vasitəsilə modemin parametrlərinə daxil olub bloklama əməliyyatını etmək mümkündür.

Bunun üçün brazuerdə yeni səhifə açıb 192.168.1.1 və ya 192.168.2.1 ünvanlarını yazaraq modemin parametrlərinə daxil olmaq lazımdır.

Modemin istifadəçi adını və şifrəsini daxil edərək parametrlər bölməsinə daxil olursunuz. Bundan sonra şəkildəki kimi bir səhifə açılacaq və burada şəbəkəyə qoşulmuş olan cihazların sayını və MAC adreslerini görəcəksiniz.
Bu proqram vasitəsilə Wi-Fi şəbəkənizə nəzarət edəcəksiniz

Daha sonra İnterface Setup> Wirelles bölməsinə daxil olaraq MAC adreslərin bloklama əməliyyatını yerinə yetirə bilərsiniz.

Öncə MAC address Filter əməliyyatını aktiv edərək tanımadığnız MAC adresləri göstərilən bölmələrdə qeyd edib "Action" bölməsində Deny Association funksiyasını seçməlisiniz.

Beləliklə,qeyd etdiyiniz MAC adresli cihazlar şəbəkənizə qoşula bilməyəcək.
Bu proqram vasitəsilə Wi-Fi şəbəkənizə nəzarət edəcəksiniz


Xeberler.az

Baxış sayı: 443