Dünya
11.07.2015 / 09:57

Eyni adama aşiq oldular

Eyni adama aşiq oldular

Tennis dünyasının məşhur adları Maria Şarapova ilə Serena Villiamsın eyni adama aşiq olduqları məlum olub.

İnform.az-ın Türkiyənin hurriyet.com saytına istinadən verdiyi məlumata görə, İngilis Daily Mail qəzeti, İngiltərənin paytaxtı Londonda davam edən “Wimbledon” Tennis Turnirində, yarım finalda qarşı-qarşıya gələn Maria Şarapova ilə Serena Villiamsın eyni adama aşiq olduqlarını yazıb.

2012 sonlarından bu yana Rus tennisçi Şarapova ilə əlaqə saxlayan Bolqar raketka ustası Grigor Dimitrovun daha əvvəldən Serena Villiams ilə əlaqəsi olduğu bildirilir.

Dünyanın 1 nömrəli qadın tennisçisi olaraq tanınan ABŞ-lı Serena Villiamsın Bolqar tennisçi ilə olan əlaqəsi sona çatdığında depressiyaya girdiyi və aylarla özünü toparlaya bilmədiyi qeyd olunur.

Oyundan öncə yalnız özünə aid olan sualları cavablandıran Şarapova, yaşanan hadisələr haqqda heç bir söz deməyib. O yalnız, “Villiams ilə oynamaqdan qürur duyuram, o Tennisin ən yaxşısıdır” deyərək qeyd edib.

Təbriz İslam / İnform.az

Baxış sayı: 372