Dünya
23.12.2015 / 09:49

Hava limanında partlayış baş verib - İstanbul

Hava limanında partlayış baş veribBu gecə, Türkiyənin İstanbul şəhərində, Sabiha Gökçen Hava Limanında yerli vaxtla saat 02:05-də partlayış baş verib.
İnform.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarədə baş verən partlayış zamanı iki nəfər yaralanıb.
Xoşbəxtlikdən hadisə zamanı təyyarədə sərnişin olmayıb.
Xəsarət alan iki nəfər yaxınlıqdakı digər təyyarədə olublar.
Partlayışın səbəbi hələlik məlum deyil.

Baxış sayı: 300