Gündəm, Siyasət
22.12.2015 / 16:19

Əfqanıstan prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Əfqanıstan prezidenti Heydər Əliyevin məzarını ziyarət edibƏfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

İnform.az APA-ya istinadən xəbər verir ki,, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə gül dəstələri qoyulub.

Baxış sayı: 254