Dünya, Siyasət
18.12.2015 / 14:29

Cəbhədə 20-yə yaxın erməni hərbçi məhv edilib -DEKABRDA

Cəbhədə 20-yə yaxın erməni hərbçi məhv edilibDekabr ayının 18 günü ərzində Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində Ermənistanın 20-yə yaxın hərbçisi məhv edilib.

AzVision.az xəbər verir ki, bu dövr ərzində cəbhədə baş vermiş atışmada azı 7 erməni əsgəri yaralanıb.

4 dekabr : 1995-ci il təvəllüdlü Erik Qriqoryan cəbhə xəttində baş verən atışmada öldürülüb. Lakin itkilərin çox olmasını erməni iqtidarı cəmiyyətdən gizlədə bilmədi. Belə ki, dekabrın 3-dən 4-nə keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən şiddətli atışma zamanı düşmən tərəfin ciddi itki verdiyini erməni KİV-ləri də təsdiq edib.

Qondarma rejimin “müdafiə nazirliyi”ndəki mənbəyə istinadla bildirilib ki, hadisə 04:30 radələrində cəbhə xəttinin şimal-şərq istiqamətində baş verib. “Qarabağın Müdafiə Ordusu” ilə Azərbaycanın xüsusi təyinatlı dəstələri arasında döyüş olub. Döyüş zamanı erməni tərəfinin azı 7 əsgəri həlak olub, 5 nəfər isə yaralanıb. Yaralılardan biri ağır vəziyyətdədir.

9 dekabr:. Atışma nəticəsində müqavilə əsasında Ermənistan ordusunda xidmət edən 1991-ci il təvəllüdlü Qarik Qurqeniviç Avenesyan, 1995-ci il təvəllüdlü hərbçi Vaqe Vanoyan və 1996-cı il təvəllüdlü Mikael Torosyan məhv edilib.

11 dekabr: Ermənistan ordusunda xidmət edən Karen Qriqoryan ordumuz tərəfindən məhv edilib. Həmin tarixdə Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində 1994-cü il təvəllüdlü Vardan Vardanyanın öldüyünü açıqlamışdı.

14 dekabr: Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti ordunun itki verməsi ilə bağlı rəsmi açıqlama yayıb. Belə ki, müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfi azı 3 hərbçisini itirib.

17 dekabr tarixində isə cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan tərəfinin 3 əsgəri məhv edilib. Atışmada erməni hərbçilər - Aqasi Qriqoryan (1996) və Ruben Aleksanyan (1996) öldürülüb. Bundan başqa məlum olmayan şəraitdə isə hərbi hissələrdən birində müqavilə ilə hərbi qulluqçu işləyən Qor Ohanyan da (1992) ölüb.

Cəbhə xəttində baş verən atışma zamanı xeyli sayda erməni əsgəri yaralanıb. Müddətdən artıq xidmət edən əsgər Razmik Abramyan yaralı vəziyyətdə İrəvanda hərbi hospitala çatdırılıb. Hospitalın rəisi polkovnik Aram Asaturyan deyib ki, əsgər sol ciyərindən yaralanıb. Yaralının vəziyyəti ağırdır.

Həmçinin 6 dekabr tarixində 20 yaşlı əsgər Varazdat Xaçaturyan təmas xəttində yaralanıb. Faktı Ermənistanın Müdafiə Nazirlyi də təsdiqləyib.

Bundan başqa erməni ordusunda tək əsgərlər deyil, hərbi hissə komandirləri də döyüş postlarını qoyub qaçır.

16 dekabr tarixində Ermənistan-Azərbaycan sərhədində yerləşən hərbi hissənin kəşfiyyat taborunun komandiri Sergey Virabyan cəbhədən qaçıb .

Erməni mətbuatının yazdığına görə, İrəvan şəhər sakini, 1984-cü il təvəllüdlü Sergey Virabyanın hərbi hissəni öz başına tərk etməsinin əsas səbəbi Ermənistan ordusunda yaranmış kriminal vəziyyət, hərbi qulluqçular arasında baş verən qeyri-etik münasibət, orduda olan rüşvətxorluqdan və gizlədilən ölüm hadisələrindən canını qurtarmaq olub.

Sergey Virabyan Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 361-ci maddəsinin 4-cü bəndi ilə (hərbi hissəni özbaşına tərk etmə və ya əsaslı səbəb göstərmədən hərbi xidmətdən boyun qaçırma) təqsirləndirilir.

Ermənistan ordusunda problemlər bunula yekunlaşmır. Orduda hərbçiləri arasında ağır nəticələri olan vərəm xəstəliyinin yayıldığı, dərman çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradıldığı bildirilir.

Qeyd edək ki, təkcə cari ilin 9 ayı ərzində Ermənistan ordusunda baş vermiş 39 hadisə nəticəsində 54 hərbi qulluqçu ölüb. Onlardan 24 nəfəri təmas xəttində həyatını itirib.

Ötən ildə isə 20 hərbi qulluqçunun 17- nəfəri Dağlıq Qarabağ ərazisində, 3 nəfər isə Ermənistan ərazisində ölüb.

Baxış sayı: 222