Gündəm, Mədəniyyət
11.07.2015 / 05:09

Məşhur aktyor Ömər Şərif vəfat edib

Məşhur aktyor Ömər Şərif vəfat edib

Məşhur Misir aktyoru Ömər Şərif 83 yaşında vəfat edib

Bir müddət əvvəl mərhumun Altsaymer xəstəliyindən əziyyət çəkdiyi xəbər verilmişdi.
Ömər Şərif bir sıra Amerika və Avropa filmlərində çəkilib.
O, Çingiz xan (Genghis Khan), Ərəbistanlı Lourens (Lawrence of Arabia), Doktor Jivaqo (Doctor Zhivago), Məzəli qız (Funny Girl) və s. kimi məşhur filmlərdə yaratdığı obrazlarla tanınıb.
1962-ci ildə Ərəbistanlı Lourens filmindəki arxa plan roluna görə Ömər Şərif “Qızıl Qlobus” mükafatını qazanıb.
1965-ci ildə isə o Doktor Jivaqo filmindəki baş roluna görə “Qızıl Qlobus”a ikinci dəfə layiq görülüb.
Məşhur aktyor həmçinin “Oscar” mükafatının nominantı olub.
1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olan aktyorun əsl adı Mişel Dimitri Şalhub olub.

İnform.az

Baxış sayı: 461