Sosial
18.12.2015 / 11:50

Nardaranda yenə silah-sursat tapılıb

Nardaranda yenə silah-sursat tapılıbBakının Nardaran qəsəbəsində növbəti dəfə silah-sursat tapılıb.

İnform.az “Report”- a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Nardaran qəsəbəsi, “Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş 1 ədəd qundağı kəsilmiş və lüləsi kəsilmiş 12 çaplı, 1 ədəd 16 çaplı, 1 ədəd nömrəsi silinmiş 12 çaplı ov tüfəngləri və 12 ədəd təyinatı üzrə ov tüfənginin patronları aşkar olunaraq götürülüb.

Baxış sayı: 374