Dünya
17.12.2015 / 17:28

"Vladimir Putinin bəyanatını alqışlayırıq" -Gürcüstanın baş naziri

"Vladimir Putinin bəyanatını alqışlayırıq" "Biz Rusiya prezidentinin Gürcüstanla viza rejiminin ləğvi ilə bağlı mətbuat konfransında verdiyi bəyanatı doğru addım sayırıq".
Bunu ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında ölkəsi ilə Gürcüstan arasında münasibətləri bərpa etməyə və viza rejimini aradan qaldırmağa hazır olduqlarını bildirmişdi.

"Report"

Baxış sayı: 249