Dünya
17.12.2015 / 16:48

Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək

Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcəkTürkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Azərbaycana səfər edəcək.

"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər dekabrın 21-də baş tutacaq.
Səfər çərçivəsində İ.Kahraman Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüş keçirəcək. Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Baxış sayı: 334