Gündəm, Texnologiya
17.12.2015 / 13:56

Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq.

Bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat katibliyindən məlumat verilib.

Katiblikdən qeyd edilib ki, agentliyin sədri Akim Bədəlov Azərbaycan və Almaniya arasında alternativ və bərpa olunan enerji sahəsi üzrə təcrübə mübadiləsi, layihələndirmə və tikinti, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı məqsədilə Almaniyanın Berlin, Drezden və Münhen şəhərlərinə işgüzar səfərdədir.

Səfər çərçivəsində Almaniyanın qabaqcıl şirkətləri ilə baş tutmuş görüşlər zamanı yaxın gələcəkdə inşası nəzərdə tutulan eko-şəhərciklərdə yaşayış və inzibati binaların dam örtükləri Azərbaycanın Azgüntex Günəş Panelləri zavodunun məhsullarının istifadəsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən Azgüntex Günəş Panelləri zavodu Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılıb, 50 mvt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir.

Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir.

Xeberler.az

Baxış sayı: 243