Hadisə
10.07.2015 / 18:36

13 533 cinayət qeydə alınıb

13 533 cinayət qeydə alınıb

Bu il qəsdən sağlamlığa ağır zərər vurma üzrə cinayətlərin sayı azalıb.

İnform.az-ın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

O qeyd edib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13 533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Baxış sayı: 308