Dünya
16.12.2015 / 16:44

Erməni komandirin "CƏBHƏDƏN QAÇIŞI"

Erməni komandirinErmənistan-Azərbaycan sərhədində yerləşən hərbi hissənin kəşfiyyat taborunun komandiri Sergey Virabyan cəbhədən qaçıb.

Bu barədə məlumat erməni KİV-də yer alıb.

Erməni mətbuatının yazdığına görə, İrəvan şəhər sakini, 1984-cü il təvəllüdlü Sergey Virabyanın hərbi hissəni öz başına tərk etməsinin əsas səbəbi Ermənistan ordusunda yaranmış kriminal vəziyyət, hərbi qulluqçular arasında baş verən qeyri-etik münasibət, orduda olan rüşvətxorluqdan və gizlədilən ölüm hadisələrindən canını qurtarmaq olub.

Sergey Virabyan Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 361-ci maddəsinin 4-cü bəndi ilə (hərbi hissəni özbaşına tərk etmə və ya əsaslı səbəb göstərmədən hərbi xidmətdən boyun qaçırma) təqsirləndirilir.

Cinayət işinə dekabr ayının 18-i Ermənistanın Tavuş əyalətinin 1-ci instansiya məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sergey Virabyan döyüş postunu oktyabrın 4-dən tərk edib.
Axar.az

Baxış sayı: 380