Gündəm, Hərbi
15.12.2015 / 18:10

Sarkisyan sülh masasına oturmağa məcburdu…

Sarkisyan sülh masasına oturmağa məcburdu…“Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərimizdəki mövqelərinə endirdiyimiz atəş zərbələri siyasi arenadakı proseslərə-danışıqlara da təsirsiz ötüşməyəcək”.

Bunu hərbi politoloq Ramil Məmmədli deyib. O bildirib ki, son bir il ərzində Ermənistan Silahlı Qüvvələrinə məxsus onlarla atəş nöqtəsi Azərbaycan Ordusunun bölmələrinin endirdiyi zərbələr nəticəsində məhv edilib.
R. Məmmədlinin sözlərinə görə, bu əməliyyatlar ordumuzun cəbhədə hərbi-texniki üstünlüyə malik olduğunun açıq göstəricisidir: “Erməni hərbi rəhbərliyi də anlayır ki, Azərbaycanın hərbi-texniki gücü bu əməliyyatların nəinki Qarabağ bölgəsində, hətta Ermənistan ərazisinə də zərbələr endirməsinə imkan verir”.
Politoloqun fikrincə, bu, Azərbaycanın hərbi-siyasi müstəvidə manevr imkanlarını xeyli genişləndirib, hətta danışıqlar prosesinə də təsirsiz ötüşməyib:
“Əgər diqqət yetirdinizsə, Ermənistan prezidenti Serj Sarkisyan da əvvəllər olduğu kimi Azərbaycana yönəlik iddialı şəkildə və hədə-qorxu dolu açıqlamalar verməkdən çəkinir. Hətta referendum öncəsi, Sarkisyan “Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyarsa, bu Azərbaycanla müharibə etmək deməkdir” kimi açıqlama da vermişdi.
Nəzərə alınmalıdır ki, Sarkisyanın bu açıqlaması hərbi bilikdən uzaq siyasətçinin mövqeyi deyil. Qarabağ müharibəsinin ilk günlərındən erməni hərbi quldur birləşmələrinə rəhbərlik etmiş bu cinayətkar şəxs öz imkanlarına da yaxşı bələddir, dünyadakı mövcud vəziyyəti də anlayır və şimaldakı müttəfiqinin Ermənistana hansı səviyyədə kömək edə biləcəyini də dərk edir”.
Hərbi politoloq bildirib ki, Sarkisyan Kremldə də fikir müxtəlifliyindən xəbərdardır: “Mövcud siyasi-iqtisadi vəziyyət Ermənistanın müttəfiqi Rusiya üçün çətinliklər yaradıb. Suriyada aparılan hərbi əməliyyatlar hər gün bu ölkəyə milyon dollarlara başa gəlir. Bu mənada Sarkisyan anlayır ki, Rusiya 1990-cı illərin əvvəllərində olduğu kimi ermənilərə ya dəstək verə bilməyəcək, ya da verməyəcək. Çünki Rusiyanın Azərbaycanla münasibətləri heç də pis deyil.
Odur ki, Azərbaycanın hərbi-siyasi addımları artaraq uğurlar qazandıqca Sarkisyan sülh masasına daha tez oturmaq məcburiyyətində qalacaq”.

İnform.az

Baxış sayı: 354