İdman
16.06.2015 / 14:58

Avropa Oyunlarında 17859 könüllü iştirak edir

Avropa Oyunlarında 17859 könüllü iştirak edir

Azərbaycanın ali məktəb və kolleclərinin 17859 tələbəsi “Bakı-2015” I Avropa Oyunlarında könüllü kimi iştirak edir. Təhsil Nazirliyindən İnform.az-a verilən məlumata görə, onlardan I Avropa Oyunlarının açılış mərasiminə qatılmış 5612 nəfəri bağlanış mərasimində də iştirak edəcək.

12247 nəfər əməliyyat könüllüsü isə Avropa Oyunları ilə bağlı digər tədbirlərə dəstək verir.

Nazirlikdən bildiriblər ki, bu ilin martından hərəkatda SABAH-ın könüllüləri də yaxından iştirak edib. “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı-2015” I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə interaktiv üslubda “SABAHFest” adlı festival keçirilib.

Baxış sayı: 648