Gündəm, Dünya
10.07.2015 / 16:35

Putindən Kərimova dəvət

Putindən Kərimova dəvət

Rusiya Federasiyası prezidenti Vladimir Putin Özbəkistan prezidenti İslam Kərimovu Rusiyaya rəsmi səfərə dəvət edib. İnform.az-ın SİTA-ya istinadən məlumatına görə, Özbəkistan lideri bu dəvəti müsbət cavablandırıb.

"Biz bu il ölkələrimiz arasında ittifaq münasibətləri haqqında müqavilənin onilliyini qeyd edirik. Bununla bağlı xatırlamaq istəyirəm ki, Siz çoxdandır, Rusiyaya dövlət səfəri etməmisiniz. Biz daim ünsiyyət saxlayırıq, görüşürük, Siz Rusiyada tez-tez olursunuz, amma belə formal diplomatik məsələlər müəyyən mənaya malikdir və mən Sizi bu il dövlət səfəriylə Rusiya Federasiyasına dəvət etmək istəyərdim", - deyə Vladimir Putin bildirib.

“Mən buna şadam və hesab edirəm ki, bu, bir zərurətdir”, - söyləyən İslam Kərimov cavabında həmkarının dəvətini qəbul etdiyini vurğulayıb.
Putin qeyd edib ki, Moskva və Daşkənd qarşılıqlı əmtəə dövriyyəsi həcmində ciddi göstəricilərə nail olub: “Özbəkistan iqtisadiyyatına Rusiya investisiyaları bu gün 6 milyard dollar təşkil edir". Onun sözlərinə görə, iki dövlət beynəlxalq təşkilatlarda müvəffəqiyyətlə və məhsuldar əməkdaşlıq edirlər.

Nail CƏLİL / İnform.az

Baxış sayı: 212