Siyasət, Şərhlər
14.12.2015 / 14:05

Böyük güclərin “Tülkü pusqusu”

Böyük güclərin “Tülkü pusqusu”
Tahirə QAFARLI / İnform.az

Dünyaya sahiblik etmək istəyənlərin mənəmlik hikkəsi bitmir. Dinındən, dilindən asılı olmayaraq sadə insanlar - uşaqlar, qocalar bunun doğurduğu müharibələrin, terrorların qurbanı olurlar. Yaxin Şərq qan ağlayır. Artıq regionda müharibə alovunun daha da qızışması üçün “böyüklər” Rusiyanı Türkiyə üzərinə qaldırırlar. Rusiya "kimlərinsə" diqqətini çəkmək, onlara xoş gəlmək üçün öz havasına oynamır. Rusiya Qərbin, Avropanın "havasındadır. Nədənsə yaman "püskürür". Ortaya adına "İslam dövləti" dedikləri bir vəba toxumu atılıb. Məsələnin mənbəyində isə müsəlmanların qırdırılması və bundan istifadə edərək, daha doğrusu bəhanə edərək Cənub-a sahiblık etməkdir. Bunun üçün isə regionun güclu dövləti zəifləməlidir. Bu mənada hədəfdə Türkiyənin olmasi səbəbsiz deyil. Heç nə səbəbsiz deyil. Bu gün dünyada və regionda baş verənlər ayrı-ayrı ekspertlər tərəfindən müxtəlif rakuslarda təhlil edilir, dünyanı "müharibə caynağı"ndan qurtara biləcək arqumentlərin üzərində "baş sındırırlar".
Hər kəs məsələyə “öz bucağından” baxır. Qərbli Qərbin rakusundan, şərqlı Şərqin, şimallı Şimalın, cənublu Cənubun...
Ortaq məxrəc isə yoxdur. Çünki "buynuzlu güclər" "dünyanı hamının evi etmək" kimi mütərəqqi ideyanın kölgəsi altında gizlənib, bütün mədəniyyətləri özləri, öz bildikləri kimi idarə etmək, öz "demokratiyalarını", öz "həqiqətlərini" dünyaya təlqin etmək istəyirlər. Unudurlar ki, dünya kürə formasındadır və “qaşıya - qaşıya" onun "ipini tutmaq” ehtirası da bəşəriyyət üçün yalnız fəlakətdir. Bu gün "Böyüklər" dünyaya yalnız QƏRBDƏN baxmaq istəyindədir. Belə çıxır ki, hər kəs qərbli kimi düşünməli, qərbli kimi yeməli, qərbli kimi yaşamalıdır.
“Dünya təbiəti” yalnız bir yandan idarə olunmalıdır. Hamı tabe olmalıdır, olmayanlar isə müharibələrə məhkum edilib qırılmalıdır.
“Güclər” hələ ki, dünyadan istədiklərini götürməyiblər və dövlətləri bir - birinə vuruşduraraq "tülkü pusqusu"nda dayanıblar. Çözümsüzlük qarşısında qalan insanlar isə böyük suallar qarşısında aciz dayanıb. Görəsən, dövlətlərin, koalisiyaların idarə etmək ehtirası, qana hərisliyi nə ilə bağlıdır? Bəşər övladının sülh çağırışları nə vaxt eşidiləcək? Niyə insanlar müharibəsiz yaşaya bilmir? Görünür, ali hesab etdiyimiz təbiət ünsürü – İNSAN da özünün daxili hisslərindən - varlanmaq, idarə etmək, hökmranlıq etmək kimi toplanan energisini boşaltmaq ərəfəsindədir və onun "püskürüb sönməsi" də müəyyən zamana bağlıdır. Hələ ki, dünyanın Qərbində məkan salan Amerika, ABŞ fərqinə varmadan “caynaqları” ilə dunyanın torunu qarmaqlayıb, onu var gücü ilə silkələməkdədir, sirkələdikcə də Şimal - qərbdə mövqe tutmuş ingilisləri, Avropanın mərkəzində fransızları, ruslarə hərəkətə gətirir. O, özünün geosiyasi "sunamisinə" cavab verəcək yeni müharibə “epsentləri” yaradır ki, dünyanı tərpədə bilsin. Hələ ki, Qərbin silkələdiyi dünya torunun “dalğası” Rusiyaya, oradan isə Türkiyəyə keçib. Hələ ki, dünyanın içində qaynayan “lavaların” haradan çıxıb, partlaycağı və nəhayətdə sönəcəyi məlum deyil. Onun ağır fəsadları hamıya məlumdur və “qarşı niyə alınmır” sualı cavabsız qalır...
Ona görə də hər kəs öz “istehkamını” qurmalıdır.

Baxış sayı: 581