Sosial
11.12.2015 / 16:56

Ulu öndər Heydər Əliyevin xatirəsi Aqrar Universitetdə də anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Aqrar Universitetdə də anılıb
AQRAR UNİVERSİTETİN AQRANOMLUQ FAKÜLTƏSİNDƏ ULU ÖNDƏRİN ANIM GÜNÜ QEYD EDİLİB

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və aqrar siyasət” mövzusunda tədbir keçirilib. Fakültənin tələbə-məllim kollektivi ulu öndərin Aqrar elmin inkişafına göstərdiyi diqqətdən, aqrar siyasətin uğurla aparılmasından ətraflı danışıblar.

ADAU-nun mətbuat xidmətindən İnform.az-a verilən xəbərinə görə, tədbirdə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri faktların və reallıqların dili ilə tədbir iştirakçılarına çatdırılıb. Bildirilib ki, məhz Heydər Əliyevin inamı, inadı, qətiyyəti Azərbaycanı böyük fəlakətlərdən qurtarıb. Ölkənin yeni dövrünün, dövlətçiliyinin bərpa olunması, güclənməsi ilə bağlı cəsarətli addımlar atan ulu öndərin bu gün bizə çiçəklənən Azərbaycanı ərməğan etdiyini bildirib.

Tədbirdə tələbələr dünya miqyaslı siyasətçiyə həsr edilən şerlər səsləndirib.

Baxış sayı: 457