Texnologiya
11.12.2015 / 16:36

İnternet olmadan Facebook-dan istifadə edə biləcəksiniz

İnternet olmadan Facebook-dan istifadə edə biləcəksiniz

Dünyada hər dörd insandan birinin hesabının olduğu Facebook artıq internet olmadan insanlara xidmət göstərəcək.

Internetin olmadığı və ya zəif olduğu metro, tunel tipli yerlərdə hadisələrdən xəbərsiz qalmayacaq və edilən paylaşımlara rəy bildirə biləcəksiniz.

“Xəbər möhkəmlətməsi” adı ilə təqdim olunan yeni proqram üçün Facebook açıqlama verib.

Açıqlamada deyilir:

“Məqsədimiz insanların özləri üçün ən dəyərli hekayələrlə əlaqə qurmağına kömək etməkdir. Artıq Facebook istifadəçiləri internetsiz mühitdə və ya internetin zəif olduğu metro, tunel kimi yerlərdə xəbərsiz qalmayacaq”.

Xeberler.az

Baxış sayı: 346