Baş xəbər, Maraqlı
11.12.2015 / 15:35

Rokfellerin həyat prinsipləri

Rokfellerin həyat prinsipləriNeft maqnatı Con Rokfellerin adı dövrümüzə qədər zənginlik simvolu hesab edilir. O, bütün var- dövlətini sıfırdan başlayaraq toplayıb və davamlı olaraq qazandığı vəsaitin bir hissəsini də xeyriyyəçilik məqsədlərilə xərcləyib. İnform.az onun əsas həyat prinsiplərini sizə təqdim edirik:
1. İstənilən fəlakəti yeni imkanlara çevirməyə çalışın.
2. Böyük xərclərdən deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır.
3. Əgər sizin yeganə məqsədiniz dövlətli olmaqdırsa, siz hec vaxt ona çatmayacaqsınız.
4. Biznesə əsaslanan dostluq, dostluğa əsaslanan biznesdən daha yaxşıdır.
5. Sizin əhval-ruhiyyəniz sizin şəxsi qərarlarınızdan asılıdır.
6. Ən böyük həzzi çəkdiyiniz əziyyətin bəhrəsini görəndə alırsınız.
7. Düz hərəkət etmək azdır, buna insanları inandırmaq lazımdır.
8. Yaxşı idarəetmə ondan ibarətdir ki, adi insanlara da zəhmətin nə qədər gözəl olduğunu göstərə biləsən.
9. Nə olursa olsun, istər düz, istər səhv , yaxşı və ya pis – bunlara ancaq öz inadınla çatırsan.
10. Heç kim bilmir ki, bu həyatda kim olacaq. Amma həmişə bilmək lazımdır ki, sən daha yüksəklərə çatmaq üçün doğulmusan.
11. Əlaya görə yaxşıdan imtina etməkdən qorxmayın.
12. Hər qazandığınız milyona görə hesabat verə bilərsiniz, birincidən başqa.
13. Adı qazandıqdan sonra o, sənə işləyəcək.
14. İnsanlarla rəftar etməyi bacarmaq, mağazadan qənd və kofe almaq kimidir. Bu bacarığa yiyələnmək üçün isə hər şeydən artıq ödəniş edilir.
15. Hər hansı uğura çatmaq üçün əsas keyfiyyət inadkarlıqdır. İnadkarlıq hətta təbiət qanunlarını da dəf etməyə qadirdir.

Baxış sayı: 397